TRAMP 18 İLLİK MÜHARİBƏYƏ SON QOYDU - ABŞ-la “Taliban” tarixi sülh sazişi imzaladı / VİDEO

Baxış sayı:
2496

Qətərin paytaxtı Dohada ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadla “Taliban” hərəkatının lider müavini Qəni Baradar 18 illik müharibəyə son qoyaraq barışıq sazişi imzalayıb.

“TASS” xəbər verir ki, sazişə görə ABŞ 135 gün ərzində Əfqanıstandakı əsgərlərinin sayını 13 mindən 8 min 600 nəfərə endirəcək. “Taliban”ın sazişə əməl edəcəyi təqdirdə isə 14 ay müddətində NATO və ABŞ əsgərləri ölkədən tamamilə çıxacaq.

Razılaşmaya əsasən, ABŞ 5 min məhkumu, “Taliban” isə 1000 nəfəri sərbəst buraxacaq. Bundan başqa, ABŞ “Taliban”a tətbiq etdiyi sanksiyaları 2020-ci ilin avqustunadək siləcək.