Tramp “10 min əsgər göndərmə” məsələsinə nöqtə qoydu

Baxış sayı:
8923

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə əsgər göndərilməsi iddialarından sonra açıqlama verərək 'Orta Şərqə möhkəmlətmə qüvvələri göndərilməsinin lazımlı olduğunu düşünmürəm' deyib. Bununla da Tramp “Yaxın Şərqə əllavə 5-10 min əsgər göndəriləcək” kimi spekulyasiyalara son qoyub. Müdafiə Nazirliyi "düşünürük" demişdi Trampun açıqlamasından əvvəl ABŞ Müdafiə Nazirliyi İran ilə yaşanan gərginlikdən ötəri ABŞ-ın Orta Şərqdəki hərbi varlığını qorumaq üçün əlavə əsgər göndərilməsinin qiymətləndirildiyini bəyan etmişdi. Müdafiə nazir vəkili Patrick Şanahan mövzuyla bağlı açıqlamasında, "Orta Şərqdəki güclərin təhlükəsizliyini artırmağın yollarını nəzərdən keçiririk. Variantlar arasında əlavə əsgər göndərmə də var" demişdi. Müxalifət.az