“Tramadol” satan narkotik alverçisi tutuldu

Baxış sayı:
8110

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin, eləcə də güclü təsiredici xüsusiyyətə malik dərman preparatlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb. 
Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd "Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A.Quliyevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd " Tramadol” və 12 ədəd "Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.