“Traktor”un Tehran fəthi davam edir – Qələbə

Təbrizin “Traktor” futbol komandası Tehranın “Saypa” klubunu səfərdə məğlub edib.
 
Tehranın Dəstgerdi stadionunda baş tutan oyun 0:2 hesabı ilə Azərbaycan klubunun xeyrinə başa çatıb.
“Traktor”a qələbə qazandıran qolları 74-cü dəqiqədə Məhəmməd Rza Azadi, 90-cı dəqiqədə Mehdi Kiyani vurub.
Qeyd edək ki, maliyyə və transfer böhranına görə ağır günlər keçirən “Traktor” komandası ötən turda Tehranın “Neft” klubunu 2:1 hesabı ilə məğlub edib.