Traktoru qaçırmaq istəyən erməni təkərin altında qaldı

Baxış sayı:
5704

Rusiyada yaşayan Ermənistan vətəndaşı Moskvanın Zelenoqrad inzibati dairəsində dünyaca məşhur “Caterpillar” şirkətinin istehsalı olan yük traktorunu qaçırmaq istəyərkən tamahının qurbanı olub.

Bu barədə “Moskva” agentliyi Rusiya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. 

Qeyd olunur ki, Ermənistan vətəndaşı fevralın 7-si gündüz vaxtı yük traktorunu qaçırmaq üçün nəqliyyat vasitəsini saxlayan dəstəyi yerindən tərpədib, lakin bu zaman yük traktoru hərəkətə gəlib. Nəticədə, traktorun təkərləri altında qalan erməni qasıq və digər çanaq sümükləri qırılıb. 

Oğurluğa cəhd edən Ermənistan vətəndaşına xəstəxanada tibbi yardım göstərilib və hazırda polis nəzarəti altındadır. Faktla bağlı araşdırma aparılır./azvision.az/