Traktoru jurnalistlərin üzərinə sürdü - VİDEO

Baxış sayı:
472

Rusiyanın Rostov vilayətində təşkil edilən “Bizon-Trek-Şou” adlı yarış zamanı sürücü idarəetməni itirərək traktoru jurnalistlərin üzərinə sürüb.

Axar.az xəbər verir ki, xoşbəxtlikdən olay zamanı xəsarət alan olmayıb. Yalnız kameralara və digər avadanlıqlara zərər dəyib.

Yarışın təşkilatçısı Sergey Suxavenko bildirib ki, bir çox jurnalist təhlükəsizlik qaydalarına əməl etməyi unudur:

“Effektiv kadr əldə edilsin deyə, onlar bu dünyada hər şeyi unudur. Sözün həqiqi mənasında təkərin altına yıxılırlar. Yaxşı ki, zərbə saman topasına dəydi”.

Qeyd edək ki, sözügedən yarış Rusiyada hər il keçirilir.