​"Traktor"dan növbəti uğur: ilk üçlüyə yüksəldi

Baxış sayı:
3493

İran çempionatında 11-ci tura start verilib.
Muxalifet.az-ın xəbərinə görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə "Peykan"la qarşılaşıb. Matç Təbriz klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Peykan" - "Traktor Sazi" - 1:2
Qollar: Esmaeilfar, 5 (0:1), Saleimu, 10 (0:2), Qazi, 74 (1:2)
Bu qələbə ilə xalını 19-a çatdıran "Traktor Sazi" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, turnir cədvəlinə 26 xalla "Padideh" başçılıq edir. "Sepahan" 22 xalla 2-cidir.