"Traktor"a xəyanət edən qapıçı azad edildi

Baxış sayı:
1852

Güney Azərbaycanın “Traktor” futbol komandasından uzaqlaşdırılan qapıçı Möhsün Fruzan və həyat yoldaşı girov qarşılığında azadlığa buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə futbolçunun vəkili Mustafa Süleymani məlumat yayıb.
O bildirib ki, qapıçı və həyat yoldaşı bütün ittihamları rədd edərək, günahsız olduqlarını bildirirlər.
Qeyd edək ki, aprelin 12-də Rəştdə keçirilən görüş 3:0 hesabı ilə “Sepidrud”un xeyrinə başa çatdıqdan sonra futbolçunun xəyanəti ilə bağlı azarkeşlər, Təbriz klubunun rəsmi şəxsləri, o cümlədən klubun sahibi Məhəmmədrza Zenuzi ciddi iddialar irəli sürmüşdü. Futbol Federasiyasının Əxlaq Komitəsi super liqa və birinci dəstə oyunlarını araşdıraraq, futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini, nəticədə milyardlarla tümən məbləğində pul qazandığını üzə çıxarmışdı.