Traktor aşdı, 7 nəfər öldü - TÜRKİYƏDƏ

Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
"Milliyet"in verdiyi xəbərə görə, fəhlələri daşıyan traktorun aşması nəticəsində 7 nəfər ölüb, 20 nəfərə xəsarət alıb. Bildirilir ki, fəhlələri fındıq bağlarına aparan traktor idarəetmədən çıxaraq dərəyə aşıb.
 İşçilərin Diyarbəkr vilayətindən gəldiyi bildirilir.