“Təqaüdlər 6-7% artacaq” - Natiq CƏFƏRLİ

Baxış sayı:
4802

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımı barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin göstəriciyə uyğun artırılması, indeksləşməsi həyata keçiriləcək.
Nazirin fikirlərini şərh edən iqtisadçı Natiq Cəfərli Muxalifet.az-a deyib ki, Əmək haqqında nominal artım 6-7% olub: “Bu intervalda da elan ediləcək. Bundan sonra təqaüdlər də 6-7% artacaq. Ölkədə rəsmi ərzaq inflyasiyası 17% olub, təqaüdçülər də ən çox ərzağa pul xərcləyirlər. Hökumətin bu vecinə də deyil, öz zay siyasətinə, korrupsiya və inhisarçı idarəetməsinə görə ölkədə ərzaq qiymətləri 17-18% (rəsmi) artır, amma təqaüdləri 6-7% artırmaq istəyir”.

“Təqaüdlərin indeksləşməsi rəsmi ərzaq inflyasiyanına görə olmalıdır”

“150 manat alan indi 158 manat, 200 manat alan isə 211 manat təqaüd alacaq. Təqaüdlərin indeksləşməsi, heç olmasa, rəsmi ərzaq inflyasiyanına görə olmalıdır”,-deyə iqtisadçı vurğulayıb.

Cavid, Muxalifet.az