“Toyota Prado” ilə “Kia” avtomobili toqquşub - MİNGƏÇEVİRDƏ

 Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
 “Toyota Prado” və “Kia” markalı minik avtomobilləri toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Ağır vəziyyətdə olan yaralılar -  Yevlax rayon sakinləri, 1997-ci il təvəllüdlü Şəmsi Qabil oğlu Aslanov və 1997-ci il təvəllüdlü Telman Natiq oğlu Əsgərov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Digər iki yaralıya isə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.