​“Toyota” 10 min, “Nissan” 6 minə satılır - Hərrac

Baxış sayı:
10300

Bir neçə dövlət qurumu balansında olan bəzi avtomobilləri hərraca çıxarıb. Avtomobillər arasında qəzalı vəziyyətdə olanı da var.
Əmlak Məsələləri Dövlət Komitəsi 12 mart tarixində dövlət qurumlarının komitəyə təqdim etdiyi avtomobillərin satışı üçün hərrac keçirəcək. Auksiona ümumilikdə 7 avtomobil çıxarılıb.
Energetika Nazirliyi hərraca 2.250 manata QAZ 2705, Milli Məclis 2 ədəd 6.300 manata “Nissan Maksima”, Maliyyə Nazirliyi 1.440 manata “Çeri Eastar”, Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsi 6.000 manata “Nissan Maksima”, Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi isə 10.000 manata “Toyota Kamri” avtomobili təqdim edib.
Qəzalı avtomobili isə hərraca Dövlət Sığorta Şirkətinin Sabirabad rayon filialı çıxarıb. “KİA Kadenza” markalı qəzalı avtomobil üçün sığorta şirkəti ilkin start qiyməti olaraq 6000 manat müəyyən edib./Axar