Toydan qayıdanlar qəzaya düşdü - YARALILAR VAR

Baxış sayı:
55

Yevlaxda avtomobil qəzası qeydə alınıb, xəsarət alanlar var.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib.

"VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.