Toydan dönərkən qəzaya düşdülər:2 ağır yaralı - MİNGƏÇEVİRDƏ

Avtomobil idarəetməni itirərək maneyə çırpılıb.
 
Hadisə gecə saatlarında Mingəçevirin giriş qapısı yaxınlığında qeydə alınıb. İlkin məlumata görə Vaz markalı maşınla Yevlaxdan toy məclisindən dönən və içində Mingəçevir sakinlərinin olduğu avtomobil idarəetməni itirərək beton maneyə çırpılıb. Nəticədə iki nəfər ağır xəsarət alaraq şəhər xəstəxanasına çatdırılıb. Bunlar 1993-cü il təvəllüdlü Mingəçevir sakini Məmmədov Ataxan Vüqar oğlu və 1997-ciil təvəllüdlü Mingəçevir sakini Məhəmmədbəyli Toğrul Çingiz oğludur. Yaralıların bədənındə müxtəlif sınıqların olduğu deyilir.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.