​Toyda zəhərlənənlərin sayı 220-yə çatdı

Baxış sayı:
5530

Qırğızıstan paytaxtı Bişekdə restoranlardan birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 220-yə çatıb.
Publika.az xəbər verir ki, Qırğızıstanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, zərəçəkmişlərdən 55 nəfəri paytaxtdakı infeksiya xəstəxanasında müalicəsini davam etdirir. Onlardan 15-i azyaşlı uşaqlardı.
Nazirliyin məlumatına görə, Bişkekdə toy mərasimində iştirak edən daha 150 nəfər tibbi yardıma müraciət edib.
Xəstələrin vəziyyətinin stabil olduğu bildirilsə də, 2 nəfərin vəziyyətinin ağır olduğu deyilir.
Polis zəhərlənmənin hansı səbəbdən baş verdiyini araşdırır.