Toyda ölüm hadisəsi - BALAKƏNDƏ

Balakəndə toyda ölüm hadisəsi baş verib.
 
Avqustun 16-da saat 22.00 radələrində rayonun Qabaqçöl qəsəbəsində keçirilən toy məclisində iştirak edən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Mehyəddin Əmirxan oğlu Əfəndiyevin vəziyyəti qəfildən pisləşib.
 Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin əməkdaşları hadisə yerinə çatanadək Mehyəddin Əfəndiyev keçinib. MRX-dan bildirilib ki, Mehyəddin Əfəndiyevin ürək tutmasından öldüyü məlum olub.
 Mehyəddin Əfəndiyev anadan olduğu Gürcüstanda basdırılacaq./apa