Toyda ofisiantı şüşə butulka ilə vurdular - AĞSTAFADA

Baxış sayı:
3554

Ağstafada döyülmə faktı qeydə alınıb. 

Hadisə rayonun Dağ Kəsəmən kəndində toyda baş verib. 

Toyda xidmət edən 28 yaşlı Fərid Salıfovun qonaqların biri ilə mübahisəsi yaranıb. Davaya çevrilən insident zamanı qarşı tərəf şüşə butulka ilə ona zərbələr endirib. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.