Toyda kütləvi zəhərlənmə: vəziyyətləri ağırdır...
19-07-2019 21:49
Baxış sayı:
13408
Şirvan şəhərində kütləvi zəhərlənmə olub.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.
Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktın təfərrüatları araşdırılır.