Toy axşamı İLGİNC OLAY: Gəlin xəstəxanalıq oldu, bəy isə... - FOTO

Baxış sayı:
388

Türkiyənin Muğla vilayətində bir cütlüyün toyunda iki ailə arasında musiqi səbəbiylə baş verən mübahisə dava ilə nəticələnib. Hadisə səbəbindən halı pisləşən gəlin Eda Atmaca xəstəxanaya çatdırılıb.

Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bəy Mehmet İrşad Y., onu döymək istəyən qız evini qorxutmaq məqsədi ilə üzərindəki tapançadan havaya iki dəfə atəş açıb. Polislər isə bəyi bölməyə aparıblar. Bəydən əlavə 9 nəfərin də ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar.

Hadisə dünən yerli vaxtla axşam 23 radələrində baş verib.