Tovuzdakı dəhşətli qəzada ölənlərin sayı artdı - FOTOLAR

Baxış sayı:
5518

Tovuzdakı dəhşətli qəzada yaralanan şəxslərdən biri ölüb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu yaralı vəziyyətdə aparıldığı Tovuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. 

Qeyd edək ki, qəza anında sürücü Qarayev İsmət Şükür oğlu da həyatını itirmişdi. 

18:30

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.  

“VAZ 2107” və “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.  

Minik avtomobilinin sərnişini, 21 yaşlı İsmət Qarayev hadisə yerində dünyasını dəyişib.  

Xəsarət alanlar - 22 yaşlı Qədim Ağayev, 14 yaşlı Sunay Məmmədova və 53 yaşlı Sultanəli Quliyev Tovuz Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Onlardan Sunayın vəziyyəti ağır olduğundan o, Qazax Müalicə Diaqnostika mərkəzinə aparılıb.  

Faktla baglı araşdırma aparılır.