​Tovuzda ər arvadını bıçaqladı - AİLƏ MÜNAQİŞƏSİ

Tovuzda qadın bıçaqlanıb.
APA-nın verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1986-cı il təvəllüdlü Mətanət İbrahimova sağ bazunun və sol kürək nahiyəsinin bıçaq yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiirlib. Ona dərhal tibbi yarıdm göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.