Tovuzda ƏQRƏB qadını sancdı

Baxış sayı: 54

Tovuz rayonunda qadını əqrəb sancıb.
 
Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədova Züleyxa Mahir qızı yaşadığı evdə iş görən zaman onu əlindən əqrəb sancıb. Xəstəxanaya çatdırılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.