​Tovuzda kütləvi dava - ÜÇ NƏFƏR XƏSARƏT ALIB

Tovuz sakini xəsarətlə xətəxanaya yerləşdirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düzqırıxlı kənd sakini, 1972-ci il təvəllüdlü Mamedov Ceyhun İdris oğlu başın çapılmış yarası xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Məlumata görə,  dava zamanı C. Mamedovun başına şüşə butulka ilə zərbə endiriblər.
Dava zamanı daha iki nəfər də müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.