Tovuzda kütləvi dava olub, bıçaqlanan var

Baxış sayı:
721

Tovuzda xəsarətlə nəticələnən kütləvi dava olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

Dava zamanı 1984-cü il təvəllüdlü Elşad Vəliyev qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.