​Tovuzda kütləvi dava – BİR NƏFƏR BIÇAQLANDI

Baxış sayı: 137

Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib. Hadisə rayonun Qovlar şəhərində baş qeydə alınıb.
Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Əlbəyaxa dava zamanı, həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan S.Məmmədov xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır.
Mübahisənin səbəbi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır(report).