Tovuzda 37 yaşlı qadını ilan VURDU

Tovuzda 37 yaşlı qadını ilan vurdu
 
Tovuz rayonunda 37 yaşlı qadını ilan sancıb. Bu barəfə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynova Kəmalə Sabir qızını həyətlərində ilan sancıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir.