​Tovuzda 3 otaqlı EV YANDI

Tovuzda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Kirən kəndində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Evə bitişik tikilmiş tövlə yanğından mühafizə olunub. Yanğın söndürülüb.