Tovuz sakini ÖZÜNÜ GÜLLƏLƏDİ

Baxış sayı:
5410

Tovuz rayonunda güllələnmə hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya aparılarkən yolda ölüb.
Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.