​Tovuz Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT

Baxış sayı:
4540

Tovuz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, icra başçısı Məmməd Məmmədovun imzaladığı əmrlə Şakir Rüstəmov icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini təyin edilib.
Xatırladaq ki, bu ilin iyunun 7-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.