​“Total” ruslara ÜMİD VERDİ: Təbii resurslar sayəsində...

Baxış sayı:
550

Yaxın illərdə Rusiya iqtisadiyyatı enerji sahəsinin inkişafı və neft qiymətlərinin artması sayəsində pozitiv istiqamətdə inkişaf edəcək.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu “Total” şirkətinin baş direktoru Patrik Puyanne deyib.
“Rusiya iqtisadiyyatı təbii resurslar sayəsində çox yaxşı yaşayır. Mənim fikrimcə, perspektivlər pozitivdir. “Total” bundan sonra da Rusiyaya investisiyalarını edəcək. İmkan olduğu qədər biz investisiyalarımızdan imtina etməyəcəyik”, – deyə o bildirib.