​"Torqovıy"dakı məşhur RESTORANDA YANĞIN

Bakının mərkəzindəki restoranlardan birində yanğın olub.
Lent.az xəbər verir ki, noyabrın 1-nə keçən gecə Nizami küçəsində (keçmiş "Torqovıy" məhəlləsi) 1972-ci ildə anadan olmuş vətəndaş Qədirov Namik Əhməd oğluna məxsus olan "Pizza İNN” restoranının mətbəxində hava təmizləyici qurğuya yığılan yağın alovlanması nəticəsində yanğın baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun miqyasının artmasına imkan verməyib. Obyektə ciddi ziyan dəyməyib.