Torpaqları qaytarmaq üçün ƏFQAN MODELİ İŞƏ SALINIR: ABŞ bunu edir ki, Rusiya...

Baxış sayı:
1825

Ukraynanın Donbas regionuna səfərinin gedişatında ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukrayna artıq Rusiya tərəfindən tutulmuş ərazini qaytara bilməyəcəyini bildirdi. Rusiyanın çox güclü olduğunu deyən amerikalı diplomat eyni zamanda vurğuladı ki, amma Rusiya üçün bundan sonrakı hücumun qiyməti daha da artacaq.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ukraynanın “Apostrof” nəşrinə müsahibə verən hərbi ekspert və bloger Aleksey Arestoviçin sözlərinə görə, Amerika diplomatının sözlərindən təlaşa düşmək lazım deyil.
Ekspert qeyd edir ki, Rusiya Volkerin planı üzrə Ukraynanın Şərqində münaqişəni uduzacaq.
“Əgər biz Donbası qaytara bilməyəcəyiksə, onda onun missiyası nəyə lazımdır? Onun missiyası Donbasın azad edilməsinə yönəlib. Əks halda, Volker Ukraynada öz missiyasının dayandırılması haqqında danışmalıdır. Rusiya Donbası verməyə hələ hazır deyil. Buna görə də Rusiyanın maraqlarını qismən nəzərə alaraq sülhməramlıların yerləşdirilməsindən başqa yol yoxdur. Hər şeydən əvvəl, təhlükəsizlikdən söhbət gedir”, - o deyib.
Sülhməramlıların yerləşdirilməsi məsələsində Rusiyanı güzəştə getməyə məcbur etmənin yollarına gəlincə, onun sözlərinə görə, ABŞ sanksiyalar və silahların çatdırılması ilə Rusiya üçün münaqişənin qiymətini qaldırır:
“Bu yaxınlarda Ukraynaya “Javelin” tank əleyhinə kompleksləri verdilər. Rusiya prezidentinin köməkçisi, Donbas üzrə kurator Vladislav Surkov Volkerlə növbəti görüşü nümayişkaranə şəkildə ləğv etdi. Rusiyaya bildirdilər ki, Ukrayna daha çox silah alacaq və “Javelin” bilavasitə münaqişənin xəttində tətbiq ediləcək. Yəni, amerikalılar əfqan yoluyla hərəkət edirlər. Onlar əla bilirlər ki, Rusiya ilə necə danışmaq lazımdır. SSRİ 1984-cü ildən başlayan Cenevrə danışıqlarına getmədiyi vaxt Əfqanıstanda münaqişəni kəskinləşdirdilər. Və ittifaq kompromisə getdi. Burada həmin tarixdir və heç də yenisini fikirləşmək lazım deyil. Bundan başqa, Rusiya SSRİ deyil. Yəni, indi Amerika gərginliyi artırır ki, Rusiya sülhməramlılarla razılaşsın”.
Aleksey Arestoviç qeyd edir ki, silahın iki növü – “Javelin” və artıq gətirilən snayperlər vəziyyət Rusiyanın əleyhinə kardinal şəkildə dəyişir:
“İtkilərin tədricən artması rusiyalılarda ən güclü kadr böhranına gətirib çıxaracaq. Və bu o deməkdir ki, ştat qoşunlarını işə salmaq lazımdır. Bu isə onların beynəlxalq cəmiyyət tərəfindən aşkar olunma riskinə gətirib çıxaracaq. “Bellingcat”dan qərb kəşfiyyatlarına kimi hamı yerdəyişmələri izləyəcək. Ştat hərbçilərinin həlak olması və yaxud əsir düşməsi BMT və AŞPA səviyyəsində böyük qalmaqala səbəb olacaq: Rusiya təcavüzkardır, deməli, əlavə sanksiyalar olacaq. Buna görə də vəziyyət onların xeyirinə dəyişməyəcək. Birdəfəlik dağıntılar olmayacaq, amma itkilərin tədricən yığılması onları hər cəhətdən, həmçinin sülhməramlılar məsələsində daha üzüyola olmağa məcbur edəcək. Yəni, Volker öz planını həyata keçirəcək”.
Rusiya birmənalı olaraq bu münaqişəni uduzacağını deyən hərbi ekspert bunun yalnız vaxt məsələsi olduğunu vurğulayıb.