​Torontonun erməni kilsəsində qondarma "DQR" bayrağı - Video

Baxış sayı:
4894

Oxucumuz Taleh Mustafayev Kanadanın Toronto şəhərindən maraqlı video yollayıb.
Muxalifet.az bildirir ki, həmin videoda işğal altındakı Azərbaycan torpaqlarında qurulmuş qanunsuz "DQR"-in bayrağı asılıb. Bayraq erməni kilsəsində asılsa da, hər bir halda, ərazi Kanadanındır və bu hadisə ciddi siyasi skandal hesab olunur. Ümid edirik ki, Azərbaycan XİN fakt üzrə gərəkli addımlar atacaq.