​Torbadan şortik geyinən müğənnidən qeyri-adi şou - Video

Baxış sayı:
6604

Türkiyənin məşhur sənətçisi Aydın Aydın prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən polietilen torbaların qadağasına dair təklifinə dəstək məqsədilə qeyri-adi aksiya keçirib.
Muxalifet.az teleqraf.com-a istinaden xəbər verir ki, ətraf mühiti çirkləndirən polietilen torbalardan istifadənin qadağasına diqqət çəkmək məqsədilə Hakkari vilayətinin Dəmirdaş kəndində mənfi 3 dərəcə şaxtada polietilen torbadan hazırladığı şortik geyinən sənətçi mahnı oxuya-oxuya xizəkdə sürüşüb.
Başına torba keçirən Aydın Aydın təmiz mühitdə yaşamaq istədiyini söyləyib:
“Dünyada ilk dəfə ətraf mühitin çirklənməsinə diqqət çəkmək üçün “Pıt-Pet” adlı mahnı yazmışam. Yeganə istəyimiz təmiz dünyada yaşamaqdır. Torbalar torpağı, suyu, havanı, tərtəmiz qarı kirlədir. Bununla bağlı qanun qüvvəyə minir, bu, məni çox sevindirdi”.