“Toppuş bacı”: Xəstəlik metastaz verib, boğazıma kimi yayılıb - YENİLƏNİB

Baxış sayı:
4846

Əməkdar artist Tünzalə Əliyeva şəxsi Instagram hesabında səhhətində yaranmış ciddi problemlə bağlı məlumat paylaşıb. 
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hər şeyin yaxşı olacağına inandığını bildirib. 
“Hər vaxtınız xeyr olsun. Bu sözləri yazmaq mənim üçün çox çətindir. Təəssüf ki, xəstəliyim metastaz verib və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 seans kimya terapiyası keçəcəyəm. İnşallah, sağalaram. Əlbəttə, mən hər an hər şeyə özümü hazırlamışam, amma inanıram ki, hər şey yaxşı olacaq. Çünki Zəhra qızım hələ çox balacadır. Mən hələ böyütmək istəyirəm onu. Akademik Cəmil Əliyev və Milli Onkologiya Mərkəzinin rəhbəri Azad bəyə təşəkkür edirəm ki, məni belə diqqətdə saxlayırlar və bütün müalicəni tam təmənnasız edirlər. Bütün kollektivə təşəkkür edirəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, əməkdar artistin xəstəliyi ötən il baş qaldırıb. Tünzalə Əliyeva cərrahi əməliyyat keçirib və kimya terapiyası alıb.