​Tonoyan yenə Qarabağa gəldi və... - Ermənistan cəbhədə nə planlaşdırır?

Baxış sayı:
10942

Ermənistanın müdafiə naziri David Tonoyan yenə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Tonoyanla birlikdə Ermənistanın ərazi idarəçiliyi və inkişaf nazirinin Suren Papikyan və İrəvan meri Ayk Marutyan da işğal altındakı ərazilərə səfər edib.
Aprelin 20-də baş tutan səfərdə Ermənistandan gələnlər iqtisadi məsələlər müzakirə olunub, həmçinin, erməni həbi birləşmələrinin bölgələrinə baş çəkiblər. Səfər iki gün çəkib və aprelin 21-də erməni nazirlər şimal-şərq istiqamətində müdafiə bəndinə baxış keçiriblər.
Son zamanlar erməni nazirlərin Qarabağa intensiv səfərləri müşahidə olunur. Ekspertlər Ermənistanın cəbhədə yeni təxribatlara əl ata biləcəyini istisna etmirlər.