Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib - İQOR KOROTÇENKONUN ŞƏRHİ

Baxış sayı:
2772

"Dağlıq Qarabağa gəlmiş Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın üzərində nəzarəti ələ keçirməsinə imkan verməmək üçün erməni qoşunlarının və könüllülərinin döyüş əməliyyatlarına rəhbərliyi şəxsən öz üzərinə götürəcək, hansı ki, onun əldən getməsi Yerevan üçün hazırkı hərbi kampaniyanın tam məğlubiyyəti demək olacaq".

Virtualaz.org bildirir ki, bunu Rusiyanın tanınmış hərbi eksperti, "Hərbi icmal” hərbi-analitik nəşrinin baş redaktoru İqor Korotçenko öz teleqram kanalında yazıb.

İ.Korotçenkonun sözlərinə görə, hazırda Ermənistan müdafiə nazirliyinin rəhbər heyətinin Yerevandan Dağlıq Qarabağa və geriyə hərəkətləri Azərbaycanın radioelektron kəşfiyyat bölmələrinə onların Qarabağ ərazisindəki yerini müəyyən etməyə imkan verməmək üçün mobil telefon və rabitə vasitələrinin tam söndürülməsi rejimində həyata keçirilir.