​Tokioda terror? - Avtomobil piyadaların üzərinə sürüldü

Yaponiyanın Tokio şəhərində Musasino rayonunda naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb. Trend-in məlumatına görə, polis azı 6 nəfərin xəsarət alması barədə xəbər verib.
Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Hazırda polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İnsidentlə bağlı başqa detallar açıqlanmayıb.