TOFİQ YAQUBLU XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - "City Hospital"a gətirilib / Yenilənib

Baxış sayı:
2234

11 gündür ki, aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.

Nigar Həzi atasının "City Hospital"a yerləşdirildiyini bildirib.

Əlavə olaraq onu da qeyd edək ki, Qubad İbadoğlu da məslə ilə bağlı məlumat paylaşıb. Musavat.com-un məlumatına görə, o, Tofiq Yaqublunun reanimasiyaya yerləşdirildiyini və Adil Qeybullanın şəxsən nəzarətində olduğunu bildirib.

Onu da bildirək ki, dünən həkim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasında Tofiq Yaqublunu müayinə etməsinə şərait yaradılmışdı.

A.Qeybulla onu müayinə etdikdən sonra huşunun yerində olduğunu və bəzi zəruri tibbi məsləhətlər verdiyini açıqlamışdı.

***

Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir. "Report" xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi "Facebook"da məlumat yayıb.

"Tofiq Yaqublu indilərdə "City Hospital"a gətirilir", - deyə o bildirib.

Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.