​Tofiq Yaqublu Norveçin Azərbaycandakı səfiri ilə görüşüb

Keçmiş siyasi məhbus, Müsavat başqanının müavini Tofiq Yaqublu bu gün Norveçin Azərbaycan və Gürcüstandakı səfiri Bord İvar Svendsen ilə görüşüb. Görüşdə Qarabağ məsələsi, ölkədəki ictimai- siyasi durum, demokratiya və insan haqları məsələləri müzakirə mövzusu olub. Eyni zamanda siyasi məhbuslarla, xüsusən də ən son həbs olunan NIDA-çı gənclərlə bağlı geniş fikir müzakirəsi aparılıb