​Tofiq Heydərov İSTEFA VERDİ

Baxış sayı:
2303

Ağır atletika üzrə Azərbaycan millisinin baş məşqçisi postunda dəyişiklik edilib.
Yeniçag.az-ın məlumatına görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib və onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib.
Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.
Məlumatı qurumun mətbuat xidmətindən də təsdiqləyiblər.