Təmas xəttində ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR: 3 ölü, 6 yaralı

Baxış sayı:
4069

Ötən gün Ukrayna Silahlı Qüvvələri ilə Donbas separatçıları arasında yerləşən təmas xəttində vəziyyət yenidən gərginləşib.
Muxalifet.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Birləşmiş güclərin mətbuat xidməti bildirib.
Döyüşlər nəticəsində Birləşmiş güclərin bir hərbçisi həlak olub, daha ikisi yaralanıb. Separatçılardan isə iki döyüşçü öldürülüb, daha dördü yaralanıb.
Gün ərzində separatçılar Ukrayna qoşunlarının mövqelərinə 20 dəfə atəş açıb. Onlardan birində Minsk razılaşmaları ilə qadağan edilmiş silahlardan istifadə olunub.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Birləşmiş güclərin əməliyyat rəhbərlərinə cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib.