“Tələbəyə 1500 vermədin, 50 minlik ayaqqabı geyinirsən”

Baxış sayı:
1273

“Tələbələrin təhsil haqlarının ödənilməsi barədə kampaniyaya başlamışdıq. Bir neçə tanınmış sima bizə qoşulmaq istədi, amma geriyə çəkildilər. Onlardan biri də Orxan Babazadə idi”.
Bu sözləri Zaur Kamal aparıcısı olduğu “5-də 5” proqramında deyib. O, hər zaman bahalı evləri, maşınları ilə gündəmə gələn gənc ifaçı Orxan Babazadəni tənqid edib.
Zaur qeyd edib ki, Orxan xeyriyyə kampaniyasına qoşulacağı barədə söz versə də, daha sonra geri çəkilib: “Orxan, 1500 manat pul göndərməli idin, nə oldu? Etməyəcəyin bir şey üçün niyə mənə zəng vurursan? Efirdə deyirsən ki, əmim də pul göndərmək istəyir. Qızıldan 50 minlik ayaqqabı geyinirsən. Bir tələbənin təhsil haqqı sənin üçün heç nədir”.