"TƏLƏBƏNİN ÖLÜMÜNƏ SƏBƏB TOKSİK ZƏHƏRLƏNMƏDİR" - AQTA sədrindən sensasiyalı açıqlama

Baxış sayı:
3892

"Bakı Dövlət Universitetin yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".

Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli Bakı Dövlət Universitetində zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".