​Tələbələrin olduğu mikroavtobus aşdı: ölən və yaralananlar var - FOTO

Baxış sayı:
4609

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Muxalifet.az ONA-ya istinadla xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Daha bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.
Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.