Tələbələrin köçürməsini önləmək üçün "unikal üsul" - Başlarına qutu keçirib imtahana saldılar - FOTO

Baxış sayı:
183

Hindistan kolleclərinin birində müəllim qəribə təcrübədən yararlanıb.

 

Bu barədə “The Times of India” xəbər yayıb.

Bildirilib ki, qutularda tələbərin tapşırıqları görməsi üçün xüsusi deşiklər qoyulsa da, onlar yanlarında oturanlar görə bilmirlər.

İmtahanda çəkilmiş görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Təhsil ocağının direktoru bunun sadəcə bir eksperiment olduğunu, tələbələrin isə bununla razılaşdığını bildirib.

Qeyd edək ki, kollecin yerləşdiyi ştatın rəhbərliyi isə bu təcrübənin bir daha təkrarlanmamasını tələb edib. (Oxu.az)