"Tələblər yerinə yetirilməsə başqa yollar axtaracağıq” - SAAKAŞVİLİ

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynada vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsini tələb edib.
 
Saakaşvilinin sözlərinə görə, əgər Ali Rada və Prezident Pyotr Poroşenko etirazçıların səsini eşitmək istəmirsə, istefa verməlidirlər.
“Əgər prezident etirazçıların tələblərini rədd edəcəksə, onda biz onun hakimiyyət getməsi və yeni prezidentin seçilməsi ilə bağlı qərar verməliyik”, - Saakaşvili bildirib.
Keçmiş qubernatorun sözlərinə görə, etirazçılar ölkədə dövlət çevrilişi etmək niyyətində deyillər.
Bundan başqa Saakaşvili tələblərinin yerinə yetirilməsi üçün hökumətə noyabrın 7-nə qədər vaxt verib:
“Biz burda uzun müddət qalıb dona bilmərik. Tələblər yerinə yetirilməsə başqa yollar axtaracağıq”./axar.az