Tələbə qıza sataşan kişini küçənin ortasında döydülər

Baxış sayı:
340

Türkiyənin Ərzurum şəhərində tələbə qızın fotosunu çəkən şəxs küçənin ortasında döyülüb.

Məlumata görə, Ərzurumdakı Atatürk universitetində təhsil alan 18 yaşlı qız qəfil qışqırmağa başlayıb. Qız yaxınlıqdakı şəxsə "Şəklimi niyə çəkirsən?", deyə bağırıb. Bunu görən digər şəxslər hadisə yerinə gəliblər və qızın şəklini çəkən 40 yaşlı kişini tutublar. Onlar həmin şəxsi vəhşicəsinə döyməyə başlayıblar.

Hadisə yerinə gələn polis 40 yaşlı kişini linç edilməkdən son anda xilas edib./publika.az