Tələbə qız özünü asdı - İNTİHAR SƏBƏBİ...

Baxış sayı:
7723

Samuxda tələbə qız intihar edib. Hadisə rayonun Eldar kəndində qeydə alınıb. Kənd sakini, 2000-cı il təvəllüdlü Bəsti Yasin qızı Allahverdiyeva özünü yaşadığı evin çardağından asaraq intihar edib. Onun 2-ci kurs tələbəsi olduğu bildirilir. Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb. Onun hansı səbəbdən intihar etdiyi hələki məlum deyil. Faktla bağlı araşdırma aparılır./report