Tələbə qız Akademiyanın ikinci mərtəbəsindən yıxılıb

Bakıda tələbə təhsil aldığı akademiyanın binasından yıxılıb.
 
Hadisə Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Rəssamlıq Akademiyasında qeydə alınıb.
 Akademiyanın 2-ci kurs tələbəsi Jalə Qasımova ikinci mərtəbənin pəncərəsindən yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
 Faktla bağlı araşdırma aparılır./APA